Həyatdan əlimi üzdüyüm an mən,
Ay kimi nur saçdın qaranlığıma.
Təklikdən bezdiyim, sezmiş kimi sən,
Son verdin qorxulu yalnızlığıma.
Səninlə dağıldı qəmim kədərim,
Ümidlə açılır hər gün səhərim.
Kaş ki, sən olasan mənim qədərim,
Bir bağban olasan həyat bağıma.
Dilimdə ən şirin sözüm söhbətim,
O qara gözlərin mənim cənnətim.
Tək sənsən sərvətim, varım dövlətim,
Sevinc gətirmisən buz yanağıma.
Sanıram səninlə, dünya mənimdir,
Sənsizkən bu dünya mənə qənimdi.
Adını səsləyən mənim dilimdir,
Xoş gəldin dünyama, sən ocağıma.
Rəhm eylə sən bizə gözəl Allahım
Niyə aramızda söz oldu bizim
Bəlkə eşqimizdə göz oldu bizim
Bağrımızın başı köz oldu bizim
Rəhm eylə sən bizə gözəl Allahım
Xatirələr bizi yandırdı yaxdı
Sevgimizə fələk qıyqacı baxdı
Nə iş idi yaşımızın bu vaxtı
Rəhm eylə sən bizə gözəl Allahım
Əlimizdən getdi şirin sevgimiz
Hicranın əlində can veririk biz
Vüsal həsrətindən bitib qəlbimiz
Rəhm eylə sən bizə gözəl Allahım
Ağırdı bu dərdlər çəkə bilmərəm
Başqa birisini vallah görmürəm
Yana şam idim artıq sönürəm
Rəhm eylə sən bizə gözəl Allahım